Arşakyan Tokioda: Cənubi Qafqaza yardıma hazırıq!

Arşakyan Tokioda: Cənubi Qafqaza yardıma hazırıq!

Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan Tokioya səfər edib.

AzerTimes xəbər verir ki, o, Yaponiya Müşavirlər Palatasının rəhbəri Hidehisa Otsuji ilə görüşüb.

Otsuji ölkəsinin Cənubi Qafqazda sülhün bərqərar olmasına yardım etməyə hazır olduğunu söyləyib.

Tərəflər ticarət dövriyyəsinin artırılması, siyasi və mədəni əlaqələrin intensivləşdirilməsi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər.

Teqlər: