Arşakyan: İrəvanı rusdan xilas edəndə Simonyan “dirildi”

Arşakyan: İrəvanı rusdan xilas edəndə Simonyan “dirildi”

Ermənistana girişi qadağan edilən bədnam Putin təbliğatçısı Marqarita Simonyan yenidən media məkanında peyda olub. Erməni soyadlı, lakin rus imperiya təfəkkürlü bu xanım ölkəmizin Baş nazirini satqın adlandırıb. 44 günlük müharibə zamanı nə Marqonu, nə də onun əri Tiqran Keosayanı döyüş meydanlarında gördük. İndi sən erməni dövlətlərinin müdafiəçisi donunu geyinirsən, amma o zaman Ermənistan və Qarabağın yanında belə deyildin.

AzerTimes xəbər verir ki, bunu erməni analitik Tevos Arşakyan deyib.

“Yeri gəlmişkən, Marqo Paşinyanı satqın hesab edirsə, o zaman sevimli Köçəryanı və Sərkisyanı kim hesab edir? Şübhəsiz ki, qəhrəman. Bu başadüşüləndir, çünki Rob və Serjik Ermənistanı sağdan və soldan Rusiyaya verib, onu az qala Kremlin koloniyasına çevirib. Bəs niyə onda dilini bir yerə yapışdırıb susurdun? İndi isə hazırki Ermənistan hakimiyyəti ölkəni rus yaxasından qurtarmağa çalışanda birdən-birə dirildin”, – o bildirib.

Teqlər: