Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya satışa çıxarılıb.
AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.
“Arktikanın yüksək enliklərində geosiyasi əhəmiyyətə malik Manhetten ölçüsündə bir torpaq parçası 300 milyon avroya (323 milyon dollar) satılır”, – məlumatda bildirilib.
Ərazinin satışa çıxarılmasına səbəb kimi 2023-cü ildə Arktikada ən isti yayın qeydə alınması, Svalbard regionunda iqlim dəyişikliyi səbəbindən dəniz buzunun daha da azalması göstərilib.