Arkov: Paşinyanın çirkin planı var…

Arkov: Paşinyanın çirkin planı var…

Hamıya aydındır ki, Ermənistan tərəfi mütəmadi olaraq üzərinə götürdüyü öhdəlikləri müxtəlif bəhanələrlə yerinə yetirməkdən yayınmağa çalışır. Bu aspektdə Moskvanın Azərbaycan tərəfinə heç zaman sualları yaranmır.

Bu sözləri AzerTimes-a açıqlamasında rusiyalı politoloq Vitali Arkov deyib.

O bildirib ki, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının bütün bəndlərinə ciddi əməl olunması Ermənistan üçün məcburidir:

“Bax, indi də biz qəribə vəziyyət müşahidə edirik: Laçın rayonunun Azərbaycanın nəzarətinə qaytarılması barədə razılaşmaların planlı şəkildə həyata keçirilməsi gedir, rəsmi İrəvan guya buna mane olmur, amma müxalifət buna qarşı çıxır və hər vəchlə mane olmağa çalışır. Aydındır ki, bu yalnız Qarabağ klanının çirkin işləridir. Amma biz gizli işlər çevirməyə cəhd edən erməni qüvvələri də görürük, açıq desək, bunlara Baş nazir Nikol Paşinyanın ətrafı nəzarət edir. Demək ki, bu qara işlərə rəsmi İrəvan hansısa mənada kömək də edir”.

Arkovun sözlərinə görə, bu, Ermənistan üçün bir ilk deyil:

“Xatırlamaq kifayətdir ki, Serj Sərkisyanın prezidentliyi dövründə antirusiya aksiyalarının əksəriyyəti Baqramyan prospekti (Ermənistanın əsas dövlət qurumlarının yerləşdiyi ərazi – red.) tərəfindən əlaqələndirilirdi. Bax, belə bir milli-siyasi “ənənəyə” malikdir bu ermənilər. Bu gün sağlam düşüncəli insanların hamısında belə bir anlayış möhkəmlənir: “revanş” deyə bağıran erməni təhrikçilər növbəti dəfə Qafqazı böyük “qaynar nöqtəyə” çevirməyə çalışırlar”.

Teqlər: