Arıqlamaq üçün olan dərmanların zərərləri

Arıqlamaq üçün olan dərmanların zərərləri

Son dövrlərdə cəmiyyətdə artıq çəkili insanların sayı getdikcə artmağa başlayıb.

AzerTimes xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşri məlumat yayıb.

Məqalədə bildirilib ki, bunların səbəbləri arasında müxtəlif xəstəliklər, düzgün qidalanmama, hərəkətsiz həyat tərzi, psixoloji problemlər dayanır:

“Bu gün bir çox apteklər, hətta mağazalar arıqlamaq üçün müxtəlif növ dərmanlar təklif edirlər. Bu dərmanları reklam məqsədi ilə tərifləyərək insanlara satırlar. Arıqlamaq üçün müxtəlif pəhriz və proqramları sınaqdan keçirən, istədikləri nəticəni əldə edə bilməyən insanlar dərman preparatları qəbul etməyə başlayırlar.

İstehsalçıların və reklamların təklif etdikləri bu dərmanlar doğrudan da insan orqanizmi üçün xeyirlidirmi? Bir çox insan inanır ki, arıqlamaq üçün dərmanlardan istifadə artıq çəkidən qurtarmaq üçün ən asan üsuldur. Bu dərmanları əhali reseptsiz və ya reseptlə əldə edə bilir. Lakin onları asanlıqla əldə etmək dərmanların sağlamlıq üçün xeyirli olmasından xəbər vermir. Dərmanların qəbulundan dərhal sonra bir çox problem – mədə-bağırsaq, dəri xəstəlikləri, yuxu pozğunluqları yaranır. Bir çox halda bu dərmanlar həyat üçün çox təhlükəlidir.
Arıqlama çayları və ya dərmanlar sağlamlığa ziyan olan vasitələrdir. Bunlar vasitəsilə sürətlə verilən kilolar artıqlaması ilə geri qayıdır”.

Məsələ ilə bağlı saytımıza açıqlama verən qida mütəxəssisi Səbinə Yusifovanın sözlərinə görə, bu dərmanlara ehtiyac yoxdur:

“Həmin o dərmanları satılması üçün reklam edirlər. Sağlam arıqlamaq üçün idmanla məşğul olmaq, qidalanmaya və yuxu rejiminə nəzarət etmək kifayətdir. İnsan nə qədər çox təbii yolla arıqlamağa can atarsa, o qədər yaxşıdır”.

Teqlər: