Üç aylıq rəqs nəzərəçarpacaq dərəcədə arıqlamağa kömək edir.
AzerTimes Publika.az-a istinadən xəbər verir ki, bunu araşdırma təsdiqləyib.
Tədqiqatçılar ən azı üç ay müntəzəm rəqslərin çəki və piy faizini azaltmaqla bədən quruluşunu yaxşılaşdırdığını aşkar ediblər. Rəqs həmçinin bel çevrəsini azaltmağa kömək edir.
Bununla belə, caz və hip-hop ənənəvi balet və bal rəqsləri ilə müqayisədə daha çox yağ itkisinə səbəb olub.
Tədqiqatçılar qeyd ediblər ki, müntəzəm aerobika və çəki məşqləri zamanı oxşar piy itkisi müşahidə edilsə də, rəqslər artıq piylərdən yaxa qurtarmaqda daha təsirli olub və iştirakçılarda daha az yorğunluq yaradır, onların nizamlı idmanda qalmasını asanlaşdırır.