Bakıdakı trekdə hər şey – gözlənilməz hadisələr baş verə bilər.
AzerTimes bunu Report-a açıqlamasında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov Azərbaycan Qran-prisi ilə bağlı danışarkən deyib.
O, yarışın çox uğurlu keçdiyini bildirib:
“Heç bir problemlə üzləşmədik. 6-cı Qran-pridə “Red Bull” komandasının pilotu Maks Ferstappen qalib oldu. Hər il müxtəlif qaliblər görürük. Bu dəfə də sindrom qırılmadı”.
Rəhimov əvvəlcədən “Red Bull”u favorit saydığını söyləyib: “Mən fikirləşirdim ki, Ferstappen, ya da onun komanda yoldaşı Serxio Peres qalib olacaq”.
Qeyd edək ki, Maks Ferstappen tarixdə ilk dəfə Azərbaycan Qran-prisinin qalibi olub.