Arif Hacılının oğlu həbs edildi

Arif Hacılının oğlu həbs edildi

Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı həbs edilib.

AzerTimes xəbər verir ki, bu barədə Arif Hacılı qeyd edib.

Onun sözlərinə görə, haqqında məlumat verilən qəza hadisəsində toqquşan avtomobildə olan sürüсünün xəsarət alması təsdiqlənməyib, ancaq yeni zərərçəkən tapılıb.

Arif Hacılı bildirib ki, yoldan keçən şəxsin qəza nəticəsində xəsarət aldığı bildirilir.

O, bu ittihamı qəbul etməyib və vurğulayıb ki, videoda da qəza zamanı orda kənar adamın olmadığı görünür.

Qeyd edək ki, Bakının Yasamal rayonunda Arif Hacılının oğlu Orxan Hacılının qəza törətdiyini əks etdirən görüntü yayılmışdı. Hadisə Hüseyn Cavid prospektində qeydə alınmışdı. Belə ki, hərəkətdə olan “Honda” markalı avtomobil yüksək sürətlə təhlükəli manevrlər edərək, hərəkətdə olan avtomobilə, daha sonra isə yol kənarında dayanmış 3 avtomobilə çırpılmışdı. Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəydiyi, xəsarət alanların olduğu deyilirdi.

Teqlər: