Arif Alvi Milli Assambleyanın buraxılmasını təsdiqlədi

Arif Alvi Milli Assambleyanın buraxılmasını təsdiqlədi

Pakistan Prezidenti Arif Alvi Baş nazir Şahbaz Şərifin göndərdiyi Milli Assambleyanın (parlamentin aşağı palatası) vaxtından əvvəl buraxılması barədə sənədi təsdiq edib.

AzerTimes xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

“Prezident Arif Alvi konstitusiyanın 58-1-ci maddəsinə uyğun olaraq Baş nazirin məsləhəti ilə Milli Məclisi buraxıb”, – məlumatda bildirilir.

Qeyd edək ki, parlament seçkiləri baş tutana qədər Şahbaz Şərif müvəqqəti hökumətə başçılıq edəcək.

Teqlər: