Arı sancan gənc dəfn zamanı ayılıb? – Təfərrüat

Arı sancan gənc dəfn zamanı ayılıb? – Təfərrüat

Bəzi xəbər saytlarında və sosial şəbəkələrdə arı sancması nəticəsində həyatını itirən Şəmkir rayon sakini İlqar Qəhrəmanovun dəfn zamanı oyanması ilə bağlı xəbərlər gündəmdədir.

AzerTimes xəbər verir ki, Publika.az-ın əməkdaşı yayılan xəbərlərin nə dərəcədə doğru olub-olmamasını araşdırmaq üçün mərhumun evində olub.

Mərhumun dayısı Ələmdar İbarhimovun sözlərinə görə, İlqar ailəsi ilə birlikdə nişanlı olduğu Ağstafa rayonun Aşağı Göycəli kəndinə qurbanlıq aparıb:

“Bu zaman onu arı vurub. Bütün baş verənlər isə gözlərimiz önündə yaşanıb. Mərhum dedi ki, qolumu elə bil arı sancdı. Ayağa durdu, qatıq-filan çəkdilər. Ayağa duranda başı hərləndi. “Dimedrol” var idi maşında, tez onu gətirib vurduq. Bir az keçməmiş yenə başı hərləndi və yerə yıxıldı. Burda bizə nə baş verdiyini demədilər. Onu xəstəxanaya aparanda həkim dedi ki, ola bilsin keçinib. Xəstəxanaya girəndə yoxladılar”.

Mərhumun cənazəsi gecə saatlarında Ağstafa rayonundan Şəmkirə – yaşadığı evinə gətirilib. Dəfn mərasimi üçün hazırlıq işlərinə başlanılıb. Sabahkı gün İlqar Qəhrəmanovu dəfn etmək istəyərkən mərasimə qatılan qadınlardan biri cənazənin içərisinə qoyulan güzgünün buxar və ya su olduğunu bildirib və İlqar Qəhrəmanovun yaşadığını deyib. İ.Qəhrəmanovun yaxınları onun meyitini Gəncə şəhərində fəaliyyət göstərən özəl xəstəxanalardan birinə gətiriblər. Lakin…

“Biri deyib ki, güzgünün üzü su olub, guya, buxarlı olub. Guya, nəfəsi güzgünün üzünü isladıb. Nə bilirsən su olub, ya buxar olub. Dedilər Mərkəzi Klinikaya çatdırmaq lazımdır. Anası tam əmin olmaq üçün getdik Mərkəzi Klinikaya. Orada dedilər ki, bu gənc 15 saat öncə rəhmətə gedib”. – Ə. İbrahimov bildirib.

Qeyd edək ki, İlqar Qəhrəmanov evin tək övladı idi. Onun yaxın müddətdə toyu olacaqdı. Faktla bağlı araşdırmalar davam etdirilir.

Teqlər: