Argentinanın Zelenskiyə təklifinə Rusiyadan reaksiya

Argentinanın Zelenskiyə təklifinə Rusiyadan reaksiya

Biz öz tərəfimizdən beynəlxalq və ikitərəfli gündəliyin geniş spektri üzrə Buenos-Ayreslə konstruktiv dialoqa həmişə açığıq.

AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Argentinanın yeni seçilmiş Prezidenti Xavyer Mileyin Ukrayna Prezidenti Vladimir Zelenskini Cənubi Amerikada münaqişənin həllinə həsr olunmuş konfrans keçirməyə dəvət etməsini şərh edərkən deyib.

“Biz hazırda Argentinanın yeni hökumətinin formalaşmasının davam etməsindən çıxış edirik və bu ölkə üzləşdiyi çətin problemlərin həlli üçün proqram həyata keçirməli olacaq.

Biz gözləyirik ki, bu cür işlərin gedişində Argentinanın dünya işlərindəki rolu, qlobal və regional reallıqların qiymətləndirilməsi nəzərə alınmaqla xarici siyasəti üçün konkret plan da hazırlanacaq”, – Zaxarova qeyd edib.

Teqlər: