Argentinanın yeni prezidenti o seçildi

Argentinanın yeni prezidenti o seçildi

Argentinada keçirilən prezident seçkilərində sağçı siyasətçi Xavyer Miley qalib gəlib.

AzerTimes xəbər verir ki, bu barədə onun rəqibi, hakim partiyanın namizədi Serxio Massa məlumat verib.

“Mən Xavyer Mileyi təbrik etmək üçün onunla əlaqə saxladım və uğurlar arzuladım, çünki o, argentinalıların əksəriyyətinin növbəti 4 il üçün seçdiyi Prezidentdir”, – Massa deyib.

Qeyd edək ki, Xavyer Miley dövlətin həyata minimal müdaxiləsinin tərəfdarıdır. O, Mərkəzi Bankı ləğv etməyi planlaşdırır və milli valyutanın dollarla əvəzlənməsini təklif edir. Siyasətçi iqtisadi problemlərin həlli üçün büdcə xərclərini də ciddi şəkildə azaltmaq niyyətindədir. Miley Braziliya, Çin və Rusiya siyasətləri ilə razılaşmadığı üçün dövlətlərarası münasibətləri inkişaf etdirmək niyyətində deyil, lakin o, özəl biznesin bu ölkələrlə qarşılıqlı əlaqəsinə mane olmayacaq.

Yeni Prezident dekabrın 10-da vəzifəsinin icrasına başlayacaq.

Teqlər: