Argentinanın səhiyyə naziri Karla Visotti koronavirusa yoluxub.
AzerTimes-ın məlumatına görə, bu barədə nazir özünün “Twitter” səhifəsində yazıb.
Onun sözlərinə görə, o, martın 1-də keçiriləcək parlamentin sessiyasının açılışında iştirak etmək üçün koronavirus test etdirib: “Mənə bildirdilər ki, testin nəticəsi müsbət çıxıb. Bununla əlaqədar yaxın günlərdə mən müəyyən edilmiş protokola uyğun özümü təcrid edəcəyəm”.