Argentinanın Olavarriya şəhəri yaxınlığında (Buenos-Ayres
əyaləti) qatar relsdən çıxıb.
AzerTimes-ın məlumatına görə, bu barədə şəhərin meri Ezekyel Qalli
özünün “Twitter” səhifəsində yazıb.
Onun sözlərinə görə, hadisə nəticəsində 20-dən çox insan xəsarət
alıb. “Hazırkı dövr üçün xəstəxanada 21 nəfərə tibbi yardım
göstərilib”, – deyə mer bildirib.
E.Qalli qeyd edib ki, xəsarət alanlardan 5-i uşaqdır və onlar
artıq evə buraxılıb.
Bildirilir ki, qatar Buenos-Ayresdən Bahia-Blanka şəhərinə
gedirmiş.