Argentinada ötən sutka ərzində koronavirusa 35 399 yoluxma halı qeydə alınıb.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 3 622 135 nəfərə çatıb.
Bildirilir ki, son sutkada koronavirusdan 532 nəfər ölüb, ölənlərin ümumi sayı 75 588 nəfər təşkil edir.