Argentianın Santyaqo-del-Estero vilayətində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
AzerTimes-ın məlumatına görə, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.
Məlumata əsasən, yeraltı təkanların episentri eyniadlı şəhərdən 187 km şimal-şərqdə olub. Zəlzələnin ocağı 561 kilometr dərinlikdə yerləşib.
Xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.