Argentinada 6,4 bal gücündə zəlzələ baş verib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, 589 kilometr dərinlikdə baş verən zəlzələnin episentrinin Santyaqo del Estero şəhərindən 116 kilometr şimal-şərqdə qeydə alınıb.
Zəlzələ Çilinin Arika, Parinakota, Tarapaka və Antofaqasta bölgələrində də hiss olunub. Tələfat və dağıntılar barədə məlumat yoxdur.