Futbol üzrə Amerika Kubokunun yarımfinalında Argentina yığması Kolumbiyanı məğlub edib.
AzerTimes-ın məlumatına görə, Braziliyada keçirilən turnir əsas vaxtda 1:1 hesabı ilə başa çatıb.
Yarışın qaydalarına görə, oyunun 90 dəqiqəsindən sonra heç-heçə olması halında, penaltı seriyası təyin edilir. Argentina yığmasının heyətində qolu Lautaro Martines (7-ci dəqiqə) vurub, Kolumbiyadan Luiş Dias (61) fəqrlənib. Penaltilər seriyasında argentinalılar 3:2 hesabı ilə qalib gəlib.
Finalda Argentina millisi Braziliya komandası ilə qarşılaşacaq. Oyun iyulun 11-də keçiriləcək.