Argentina prezidenti rəqibinə nazir vəzifəzini təklif etdi

Argentina prezidenti rəqibinə nazir vəzifəzini təklif etdi

Argentinanın yeni seçilmiş prezidenti Xavyer Miley seçkilərdəki rəqibi Patrisiya Bullriçə ölkənin təhlükəsizlik naziri vəzifəsini təklif edib.

AzerTimes xəbər verir ki, bu barədə “La Nacion” nəşri məlumat yayıb.

Bullriçin təklifə hələlik cavab vermədiyi bildirilib.

Qeyd edək ki, Patrisiya Bullriç 2015-2019-cu illərdə Argentinanın təhlükəsizlik naziri işləyib.

Teqlər: