Argentina millisinin baş məşqçisi Lionel Skaloni daha üç il yığmaya rəhbərlik edəcək.
AzerTimes xəbər verir ki, Argentina Futbol Federasiyası Skaloni ilə müqavilənin müddətini 2026-cı ilədək uzadıb. Təcrübəli çalışdırıcı növbəti mundialda da komandanın sükanı arxasında olacaq.
Fəaliyyət müddəti ərzində Argentina millisi ilə 2021-ci ildə Amerika kubokunu, 2022-ci ildə isə “Finalissimo” və dünya çempionatının qalibi olan Skaloni, eyni zamanda, yığmanın 36 oyunluq məğlubiyyətsiz seriya ilə ölkə futbol tarixində rekord nəticələr qazanıb.