Ukrayna Prezident Ofisi rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviçə qarşı cinayət işi açılıb.
AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın “Səs” partiyasından olan xalq deputatı Natalya Pipa Feysbuk səhifəsində yazıb.
“Arestoviçə cinayət işi açılıb. Bu barədə mənə Milli polisdən məlumat verildi, mən də sizi agah edirəm”, – deyə o bildirib.
Deputat cinayət işinin tərkibi ilə bağlı məlumat verməyib.