Arestoviçdən Əliyev haqda mühüm sözlər

Arestoviçdən Əliyev haqda mühüm sözlər

Siyasətçilər üçün Vətən anlayışı siyasi reallıqlara söykənir. Dövlət xadimləri üçün Vətən anlayışı siyasi reallıqlarla ziddiyyət təşkil edir.Tarixi şəxsiyyətlər isə Vətən anlayışında siyasi reallıqları nəzərə almır.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin keçmiş müşaviri, hərbi müşahidəçi Aleksey Arestoviç Feysbuk səhifəsində yazıb.

Onun yazısına şərh olaraq qeyd edilib ki, siyasətçilər də böyük risklərə və aparıcı dünya gücləri arasında qarşıdurmaya baxmayaraq, siyasi reallıqlara söykənirlər. Buna misal olaraq 2020-ci ildə 44 günlük müharibə göstərilib. Azərbaycan Prezidenti İlham Əliyev də siyasi reallıqlara söykənib, lakin ABŞ, Rusiya və Fransanın mövqeyinə və planlarına zidd hərəkət edib.

Arestoviç cavab olaraq Azərbaycan Prezidenti İlham Əliyevi belə qiymətləndirib:

“Adını tarixə tarixi şəxsiyyət kimi yazmağa imkanı olan dövlət xadimidir”.

Teqlər: