Ukraynanın cənubda hücuma keçməklə bağlı bəyanatları, sadəcə, kəşfiyyat tələsi idi.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.
O bildirib ki, rus qoşunları hücumun cənubdan olacağına dair aldadıcı mesaja inandılar.
Arestoviç Ukraynanın cənubunda Xarkov vilayətində olduğu kimi sürətli əks-hücum gözləmədiyini vurğulayıb:
“Orada Rusiyanın döyüşə ən hazırlıqlı qoşunları toplanıb. Onlar tez təslim olmayacaqlar”.