Ukrayna Prezident Ofisi başçısının müşaviri Aleksey Arestoviç istefa verib.
AzerTimes xəbər verir ki, o, bu barədə Feysbukda məlumat yayıb.
O, bununla bağlı Ukrayna Prezident Ofisinin başçısı Andrey Yermaka ərizə ilə müraciət edib.
Arestoviç bildirib ki, vəzifədən getməklə o, mədəni davranış nümunəsi göstərmək istəyir.