Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Türkiyə Respublikasının Mərkəzi Bankında yerləşdirdiyi depozitlərə dair məlumat açıqlayıb.
Fonddan AzerTimes-a bildirilib ki, ARDNF tərəfindən cari ilin yanvar ayında ümumi həcmi 1 milyard avro və qaytarılma müddəti 6 ay təşkil edən depozit mərhələli şəkildə Türkiyə Mərkəzi Bankında yerləşdirilib.
Türkiyədə maliyyə sabitliyinə müsbət töhfə verən bu yatırım ARDNF-nin investisiya strategiyası və Qaydaları çərçivəsində həyata keçirilmiş və 27 yanvar 2022-ci il tarixində yekunlaşdırılıb.