ARDNF elə bir şirkətə sərmayə qoyur ki…

ARDNF elə bir şirkətə sərmayə qoyur ki…

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) hindistanlı mühacirlərin Dubayda bir məktəb əsasında təsis etdiyi, dünyanın ən böyük özəl təhsil təminatçılarından biri olan “GEMS Education”a 100 milyon ABŞ dolları məbləğində sərmayə qoyur.

Fonddan AzerTimes-a verilən məlumata görə, ARDNF-dən başqa Kanadanın “Brookfield Asset Management Ltd.” investisiya şirkətinin rəhbərlik etdiyi, tərkibinə həmçinin Dubayda yerləşən “Gulf Islamic Investments”, “Marathon Asset Management” şirkətlərinin də daxil olduğu konsorsium layihəyə sərmayə yatıracaq.

“Bu sövdələşmənin ümumi dəyəri 2 milyard ABŞ dolları təşkil edir”, – Fonddan bildirilib.

Teqlər: