Xəbər - Zeyni Cəfərov – Trend:
2022-ci ildə neft qiymətlərinin 45 dollara/barelədək düşəcəyi təqdirdə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 41,1 milyard dollaradək azalacaq.
Trend-in məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin 2022-2025-ci illərdə büdcə xərcləri barədə proqnozunda deyilir.
Proqnozlara əsasən, neftin qiymətinin 25 dollaradək düşəcəyi təqdirdə isə Fondun aktivləri 37,9 milyard dollara qədər azala bilər.
2025-ci il üzrə bu rəqəmlərin neftin qiymətinin 45 dollar olacağı təqdirdə 39,2 milyard dollar, 25 dollar olacağı təqdirdə isə 26,1 milyard dollar olacağı proqnozlaşdırılır
Qeyd edək ki, 2020-ci ildə Azərbaycan Dövlət Neft Fondunun aktivləri 2019-cu illə müqayisədə 0,6 faiz artaraq 43,56 milyard dollar təşkil etmişdi.
İl | Neftin bir barreli üçşün baza qiyməti | Azərbaycan Dövlət Neft Fondunun aktivləri (milyard dollar) |
2022 | $45 | 41,1 |
$35 | 39,5 | |
$25 | 37,9 | |
2023 | $45 | 40,3 |
$35 | 37,1 | |
$25 | 33,8 | |
2024 | $45 | 39,7 |
$35 | 34,8 | |
$25 | 29,9 | |
2025 | $45 | 39,2 |
$35 | 32,7 | |
$25 | 26,1 | |
Twitter: @jafarov_zeyni
(Tərcümə: Orxan Nəbiyev)