Arda Turana həbs cəzası verildi

Arda Turana həbs cəzası verildi

“Barselona”nın və Türkiyə milli futbol komandasının sabiq yarımmüdafiəçisi Arda Turan İspaniyada vergi cinayətlərinə görə şərti olmaqla bir il həbs cəzası alıb və 630 min avro məbləğində cərimə olunub.

AzerTimes Publika.az-a istinadən xəbər verir ki, bu barədə Kataloniya Ali Məhkəməsi məlumat yayıb.

Tərəflər 2015 və 2016-cı illər üzrə gəlir vergisinin ödənilməməsi ilə bağlı iş üzrə razılığa gəliblər. Nəticədə eks-futbolçu hökmlə razılaşıb.

37 yaşlı Arda Turan İspaniyada təkcə “Barselona”da deyil, “Atletiko Madrid”də də çıxış edib və üç dəfə ölkə çempionu olub. O, hazırda Türkiyənin “Eyupspor” klubunun baş məşqçisidir.

Teqlər: