Futbol üzrə Türkiyə millisinin keçmiş üzvü Arda Turan “Atletiko” və “Barselona”da oynadığı dövrlərdə vergidən yayınmaqda ittiham olunub.
AzerTimes xəbər verir ki, bu barədə İspaniyanın “Vozpopuli” qəzeti məlumat yayıb.
A.Turanın 2015-2016-cı illərdə 828 min avro vergidən yayındığı qeyd olunub.
Onun Barselonaya gedərək məhkəmə qarşısında Maliyyə Nazirliyi ilə razılığa gələrək bu məsələni həll edə biləcəyi yazılıb.