Türkiyə millisinin gənc yarımmüdafiəçisi Arda Gülər yığma komanda ilə məşqlərə qatılmayıb.
AzerTimes xəbər verir ki, məlumatı “NTVspor” yayıb.
Bildirilib ki, Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella Ardanın Portuqaliya ilə oyundan öncə istirahət etməsini istəyib.
Qeyd edək ki, Türkiyə-Portuqaliya matçı iyunun 22-də Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.