UEFA Millətlər Liqasının VI turunda Monteneqroya uduzan Türkiyə millisinin gənc ulduzu Arda Gülər xalqından üzr istəyib.
AzerTimes xəbər verir ki, “ay-ulduzlular”ın yarımmüdafiəçisi A. Gülər məğlubiyyətlə bağlı bunları deyib:
“Çox danışacaq şey yoxdur. Türkiyə xalqından üzr istəyirik. Martda pley-off oynayıb, A Liqasına vəsiqə qazanmağa çalışacağıq. Hakan Çalhanoğlu kimi əsas oyunçumuz oynamadı. O olsaydı, fərqli ola bilərdi. İndi alınmadı, hər kəsdən üzr istəyirik”.
Qeyd edək ki, aktivində 11 xalı olan Türkiyə millisi növbəti mərhələyə yüksəlib. Monteneqro seçməsi isə aktivindəki üç xalla qrupun sonuncusu olub.