ARB kanalının rəhbəri təcili PA-ya çağırıldı

ARB kanalının rəhbəri təcili PA-ya çağırıldı

ARB və ATV telekanallarının rəhbərləri Prezident Administrasiyasına çağırılıb.

AzerTimes xəbər verir ki, belə bir iddia ilə Konkret.az saytı çıxış edib.

Sayt bildirib ki, kanal rəhbərlərinə bayağı verilişlərin yığışdırılması üçün sərt xəbərdarlıq edilib.

Qeyd edilib ki, buna səbəb xüsusilə ARB televiziyasının efirində yayımlanan “Həmin Zaur” proqramında baş verənlərə cəmiyyətin sərgilədiyi reaksiya olub. İddiaya görə, son zamanlar yerli telekanalların efirində yayımlanan bəzi bayağı və ucuz şouya hesablanan verilişlərin intellektual tamaşaçılar tərəfindən böyük narazılıqla qarşılanması hakimiyyəti narahat edib.

Teqlər: