Arazdəyəndəki metallurgiya zavodu başqa yerə köçürüləcək.
AzerTimes xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan deyib.
Nazir bildirib ki, zavodun yaxın əraziyə köçürüləcək:
“Köçürmə və tikinti prosesi davam edir. Tikinti özəl vəsaitlər hesabına aparılır. Məsələ ilə bağlı sonrakı addımları investorlar müəyyənləşdirir”.
“Biz isə coğrafi mövqeyi və regional mühiti nəzərə alaraq onlar üçün maksimum dərəcədə yararlı olmağa çalışırıq”, – nazir əlavə edib.
Bundan başqa, erməni nazir investisyalar üçün əsas şərtin regionda sülhün olduğunu bildirib.