Araz Zeynalov dünyasını dəyişdi

Araz Zeynalov dünyasını dəyişdi

Tanınmış jurnalist Araz Zeynalov vəfat edib.

AzerTimes xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

A.Zeynalov “Azərbaycan gəncləri” qəzetində müxbir, şöbə müdiri, baş redaktorun müavini işləyib. Daha sonra “Panorama” qəzetinin baş redaktoru olub. O, rusdilli “Vesti.az” saytına rəhbərlik edib.

Ötən ildən onun ürəyində ciddi problemlər yaranmışdı.

Teqlər: