Araz və Emin Ağalarovlar “Krokus Siti Holl”da terakt qurbanlarına yardım üçün 100 milyon rubl ayırıb.
AzerTimes xəbər verir ki, bu barədə “Krokus Qrup” məlumat yayıb.
Qeyd edək ki, martın 22-də Rusiyanın Moskva vilayətindəki “Krokus Siti Holl”da terror aktı baş verib. Hadisə nəticəsində 140 adam ölüb, 360 nəfər yaralanıb.
İŞİD teraktın məsuliyyətini öz üzərinə götürüb.