“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında subartezian quyusu istifadəyə verilib

Qarabağın dirçəldilməsi prioritetinə uyğun olaraq yaradılan
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təşkili işləri
mərhələli şəkildə davam etdirilir.

İqtisadiyyat Nazirliyindən AzerTimes-a verilən məlumata görə, hazırda
Parkın ərazisində mobil şəhərciyinin yaradılması istiqamətində
tədbirlər görülür və konteynerlər yerləşəcək ərazidə dəmir-beton
işləri görülür. Bu işlərin davamı olaraq, Sənaye Parkının
ərazisində tikinti aparılacaq sahənin və mobil tipli şəhərciyin su
ilə təmin edilməsi məqsədilə 65 kubmetr/saat gücə malik 120 metr
dərinliyində subartezian quyusu istifadəyə verilib.

Qeyd edək ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına
sahibkarlar tərəfindən böyük maraq göstərilir. Sənaye Parkının
rezidenti olmaq üçün İqtisadi Zonaların İnkişafı Agentliyinə
logistika mərkəzinin təşkili, TIR parkı və daşıma xidmətinin
qurulması, texniki xidmət mərkəzinin yaradılması, tikinti
materiallarının, sintetik yuyucu və təmizləyici məhsulların
istehsalı və s. sahələr üzrə 10-dan çox layihə təqdim edilib.

Teqlər: