“Araz” supermarketlər şəbəkəsi Yeni il ərəfəsində ən ucuz market seçilib

Yeni il ərəfəsində bayram süfrəsi üçün hazırlıq görmək hər kəsin xoş qayğılarından biridir. Bunu nəzərə alaraq “Business Insight” ən ucuz Yeni il səbətinin müəyyənləşdirilməsi məqsədi ilə qiymət araşdırması həyata keçirib. Araşdırma bazarda ən çox tanınan Araz, Bravo, Bazarstore və Rahat Supermarketlər şəbəkələrini əhatə edib. Araşdırmaya, yalnız Bakı şəhərinin ən müxtəlif bölgələrində faəliyyət göstərən hər bir marketlər şəbəkəsinin 3 mağazası (toplamda 12 mağaza) cəlb edilib. Bayram səbətinə isə 37 adda müxtəlif növ qida və meyvə-tərəvəz məhsulları daxil edilib.

Araşdırma nəticəsində məlum olub ki, yeni il ərəfəsində paytaxt sakinlərinin ərzaq məhsullarına artan tələbatına ən yaxşı cavab verən market “Araz Supermarketlər” şəbəkəsidir. Yeni il ərəfəsində “Araz”ı qida məhsulları üzrə bazara təklif etdiyi ucuz qiymətlərilə “isteklaçının dostu” adlandırmaq olar.

Araşdırma həyata keçirilən şəbəkələrin hamısında eyni adda mallar üçün müəyyən olunan qiymətlərin müqayisəsi aşağıdakı infoqrafikada əks olunub:

Teqlər: