Xəbər - Ceyhun Ələkbərov – Trend:
Araz su anbarının 2021-ci il üçün iş rejimi və iki ölkə arasında su bölgüsü müəyyənləşdirilib.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifovun AzerTimes-a verdiyi məlumata görə, bu barədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də Azərbaycan-İran Birgə Komissiyasının 50-ci görüşün Protokol layihəsinin müzakirəsi zamanı deyilib.
Tədbirdə, həmçinin Araz çayında su sərfinin ölçülməsi qrafiki təsdiq edilib, Araz çayının su ehtiyatlarının qiymətləndirilməsi, idarə edilməsi və su bölgüsünün optimallaşdırılması məqsədilə avtomatik idarəetmə sisteminin yaradılması sahəsində aparılan işlərin sürətləndirilməsi və digər məsələlər müzakirə edilib.
Qeyd edək ki, “Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan-İran Birgə Komissiyası”-nın 50-ci yubiley iclası 31 may 2021-ci il tarixində Araz su anbarının səddində təntənəli şəkildə keçiriləcək.