“Araz-Naxçıvan”ın baş məşqçisi istefa verdi

“Araz-Naxçıvan”ın baş məşqçisi istefa verdi

Azərbaycan Premyer Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

AzerTimes xəbər verir ki, bu barədə məlumatı İdman.biz-ə “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov verib.

40 yaşlı mütəxəssis klubla yollarının ayrıldığını bildirib:

“Təbii ki, bu barədə klubla danışıqlar apardıq. Müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verdik. Bu addım təkcə “Kəpəz”ə məğlubiyyətlə bağlı deyil. Bəzi məqamlar oldu ki, onları dəyişə bilmədim. Hər iki tərəfin maraqları üst-üstə düşmürsə, yolları ayırmaq zamanıdır. Buna görə də istefa ərizəmi verdim və rəhbərlik tərəfindən qəbul olundu”.

Qeyd edək ki, Bağırov 2023-cü ilin yayında “Araz-Naxçıvan”ın baş məşqçisi təyin olunmuşdu.

Teqlər: