“Araz-Naxçıvan” Çempionlar Liqasında son oyununu keçirdi

“Araz-Naxçıvan” Çempionlar Liqasında son oyununu keçirdi

Azərbaycanın futzal üzrə Çempionlar Liqasındakı təmsilçisi “Araz-Naxçıvan” bu gün turnirin əsas mərhələsində son matçını keçirib.

AzerTimes xəbər verir ki, təmsilçimiz 5-ci qrupdakı sonuncu görüşündə Bosniya və Herseqovina təmsilçisi “Mostar”la üz-üzə gəlib. Oyun rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, qrupda keçirdiyi ilk iki oyunda da uduzan “Araz-Naxçıvan” növbəti mərhələyə çıxmaq şanslarını itirib.

Teqlər: