“Araz-Naxçıvan” Çempionlar Liqasında qalib gəldi

“Araz-Naxçıvan” Çempionlar Liqasında qalib gəldi

“Araz-Naxçıvan” komandası futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizəyə başlayıb.

AzerTimes xəbər verir ki, H qrupunda yer alan Vitali Borisovun baş məşqçisi olduğu kollektiv ilk görüşdə Şimali İrlandiya təmsilçisi “Sparta Belfast” ilə üz-üzə gəlib.

İsveçin Uddevalla şəhərində gerçəkləşən qarşılaşma təmsilçimizin qələbəsi ilə yekunlaşıb – 7:1.

Qeyd edək ki, “Araz-Naxçıvan” sabah Estoniya çempionu “Sillamae Silla”, avqustun 24-də isə İsveçin “Uddevalla” klubu ilə qarşılaşacaq. Yalnız qrup liderləri əsas mərhələyə vəsiqə qazanacaq.

Teqlər: