“Araz-Naxçıvan” futzal klubunun Qazaxıstan “Kayrat”ı ilə keçirməli olduğu yoldaşlıq oyunu ləğv olunub.
AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
Məlumata görə, bu qərar hər iki baş məşqçinin istəyi ilə qəbul edilib. Buna səbəb ötən gün keçirilmiş matçda (3-8) Naxçıvan təmsilçisinin bir neçə futzalçının zədələnməsidir.
“Araz-Naxçıvan”ın heyətində Katatau və Andreu Varqas zədələnərək görüşü sona qədər davam etdirə bilməyib. Ölkə çempionu buna qədər Sineseni də analoji səbəbdən itirmişdi.
Qeyd edək ki, görüş oktyabrın 22-nə nəzərdə tutulmuşdu.