Araz çayının Naxçıvan Muxtar Respublikasına (MR) giriş və çıxış hissələrində monitorinq aparılır.
AzerTimes xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Yeni avtomat stansiyanın quraşdırılacağı hidrometeoroloji məntəqələrin yerinin müəyyən olunması məqsədilə Araz çayının muxtar respublikaya giriş və çıxış hissələrində, həmçinin İran İslam Respublikasına (İİR) giriş hissəsində hidroloqlar tərəfindən monitorinq keçirilib.
Qeyd edək ki, monitorinqlər üç gün davam edəcək.