“Zirə” yeni futbolçu ilə anlaşıb.
AzerTimes klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Araz Abdullayevlə mövsümün sonunadək müqavilə imzalanıb.
31 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddətini uzatmaq hüququ “Zirə”yə məxsusdur.
Qeyd edək ki, “Neftçi”, “Qəbələ”, “Qarabağ”, “Sumqayıt”, İngiltərənin “Everton”, Yunanıstanın “Panionis”, Kiprin “Anortosis”, “Etnikos”, Türkiyənin “Boluspor”, Kosovonun “Lapi” klublarının üvzü olmuş Araz Abdullayev Azərbaycan millisində meydana çıxdığı 40 oyunda 3 qol vurub.