Araz Abdullayev canlı yayımda vurduğu gəncdən üzr istədi

Araz Abdullayev canlı yayımda vurduğu gəncdən üzr istədi

Azərbaycan millisinin sabiq futbolçusu Araz Abdullayev növbəti dəfə qalmaqalla gündəmə gəlib.

AzerTimes xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə 31 yaşlı futbolçunun Kənan adlı gənci təhqir edərək, vurduğu əks olunub.

Hadisə Ağ Şəhər ərazisində baş verib. Abdullayevin vurduğu gəncin təkər qaraltmaqla məşğul olduğu bildirilib.

Görüntülər sosial şəbəkə istifadəçiləri arasında kəskin tənqid ounub. Bir müddət sonra futbolçu yenidən paylaşım edərək, insanların reaksiyasının doğru olduğunu bildirib və o, Kənandan üzr istəyib.

O, gəncə Azərbaycan millisində çıxış edərkən geyindiyi formanı hədiyyə edib.

Teqlər: