Araşdırma: Hər gün 100 min avropalı bundan öləcək

Araşdırma: Hər gün 100 min avropalı bundan öləcək

Əgər iqlim dəyişikliyi ilə bağlı ciddi mübarizə olmasa, əsrin sonunda anomal istilər səbəbindən hər gün 90 min nəfər öləcək.

AzerTimes xəbər verir ki, bu barədə “Deyli Sabah” Avropa Ətraf Mühit Agentliyinə istinadla məlumat yayıb.

Bildirilib ki, əgər əsrin sonuna qədər istiləşmə 3 drəcəyə qalxarsa, ölüm sayı gündəlik 90 min, 1,5 dərəcədə saxlanılarsa, onda 30 min nəfər olacaq.

Avropada iqlim dəyişikliyi səbəbindən isti ölkələrə xas olan malyariyanın alovlanması baş verə bilər. Baltik dənizinin sularının qızması nəticəsində vəba xəstəliyinin yaranması da istisna edilmir.

Teqlər: