Ararat Mirzoyan Ermənistanın xarici işlər naziri təyin olunub

Ermənistanın sabiq spikeri Ararat Mirzoyan xarici işlər naziri təyin olunub.

Trend xəbər verir ki, A. Mirzoyanın namizədliyi Baş nazir Nikol Paşinyan tərəfindən irəli sürülüb. Ermənistan Prezidenti Armen Sarkisyan Ararat Mirzoyanın Ermənistanın xarici işlər naziri təyin olunması ilə bağlı fərman imzalayıb.

Qeyd edək ki, Ara Ayvazyan istefa verdikdən sonra Ermənistanda bu vəzifə boş qalmışdı.

Teqlər: