Aralıq dənizində 5,7 bal gücündə zəlzələ baş verib

Seysmoloqlar Əlcezair sahillərində Aralıq dənizində 5,7 bal gücündə zəlzələ qeydə alıblar.

AzerTimes-ın məlumatına görə, bu barədə Avropa-Aralıq Seysmoloji mərkəzi bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri Becaya liman şəhərindən 23 km şimal-şərqdə olub. Zəlzələnin ocağı 80 kilometr dərinlikdə yerləşib.


Xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.