İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası Abbas Arakçını xarici işlər naziri vəzifəsinə təsdiqləyib.
AzerTimes xəbər verir ki, bu barədə İSNA məlumat yayıb.
Məlumata görə, müzakirə 21 avqusta qədər davam edəcək və Arakçının təyinatı parlamentin səsverməsinə çıxarılacaq.
Qeyd edək ki, İran parlamenti Prezident Məsud Pezeşkianın təqdim etdiyi Nazirlər Kabinetinin yeni tərkibini açıq müzakirə edir.