Arakçı Omana getdi: Uitkoffla görüşəcək

Arakçı Omana getdi: Uitkoffla görüşəcək

İranın xarici işlər naziri Abbas Arakçı ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun rəhbərlik etdiyi nümayəndə heyəti ilə bu gün keçiriləcək nüvə danışıqları çərçivəsində Omanın paytaxtı Maskata səfər edib.

AzerTimes xəbər verir ki, məlumatı İRNA yayıb.

Hər iki tərəfin Omanın xarici işlər naziri ilə ayrı-ayrılıqda görüşlər keçirməsi gözlənilir.

Danışıqların yaxın bir neçə saat ərzində Omanın xarici işlər nazirinin vasitəçiliyi ilə başlanacağı bildirilir.

Qeyd edək ki, S.Uitkoff da hazırda Maskatdadır.

Xatırladaq ki, bu Trampın 2018-ci ildə nüvə sazişindən çıxmasından sonra Tehran və Vaşinqton arasında ən yüksək səviyyəli danışıqlardır.

Teqlər: